Xaricdən avadanlıq aldıqda ödəniləcək ƏDV-ni depozitdəki ƏDV ilə əvəz etmək olarmı?

Bu suala Vergilər Nazirliyi rəsmi internet səhifəsində cavab verib.

Belə ki, cavabda bildirilib ki, ƏDV depozit hesabından idxala görə ƏDV köçürməsi əməliyyatı həyat keçrimək istədiyiniz qənaətinə gələrək bildiririk ki, elektron imza, o cümlədən ASAN imza vasitəsi ilə  İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az)  “E-bəyannamə, ƏDV-DH və və ŞHV” bölməsinə, oradan isə “ƏDV-nin depozit hesabı” menyusuna daxil olmaq lazımdır.

ƏDV-nin depozit hesabı altsistemində “Köçürmə əməliyyatlarının aparılması” menyusu sıxıldıqda açılmış ekran vasitəsi ilə idxala görə ƏDV köçürməsi əməliyyatı aparıla bilər.

“İdxala görə ƏDV köçürməsi” əməliyyat növü vasitəsilə ödəyicinin ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi həyata keçirilir.

Bunun üçün “Əməliyyat növü” xanasında “İdxala görə ƏDV köçürməsi” bəndi və “Alanın VÖEN-i” hissəsindən müvafiq Gömrük İdarəsi seçilir, ödəniş məbləği, həmçinin ödənişin təyinatı daxil edilirək “Qəbul” düyməsi sıxılır. Qeyd edilən əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-uçot hesabından Gömrük İdarəsinin hesabına köçürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır