AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

BBN.az xəbər verir ki, hərrac 29 may 2018-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 350 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 13 gün, faiz dərəcəsi isə 8.01% – 10.99% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır