Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Deputat sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını təklif edib - BBN

Deputat sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını təklif edib

Azərbaycanda müəyyən istisnalar nəzərə alınmaqla sahibkarlıq sahəsində yoxlamaların birdəfəlik dayandırılması məsələsi nəzərdən keçirilə bilər.

Bu təklif Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə tərəfindən səsləndirilib.

Deputat bildirib ki, sahibkarlar artıq 12 ildir yoxlamalar olmadan fəaliyyət göstərirlər və bu mexanizmin sistem halına salınması mümkündür.

“Bəlkə bunu sistem halına salaq? Onsuz da sahibkarlar 12 ildir ki, yoxlama olmadan öz fəaliyyətlərini davam etdirirlər. Əlbəttə, bu bir təklifdir və qəbul olunub-olunmayacağını müvafiq strukturlar müəyyən edəcək. Amma bu təşəbbüs Azərbaycan sahibkarlarını daha geniş fəaliyyət göstərməyə, dövlətin qayğısı ilə yeni iş yerləri açmağa sövq edəcək”, – deyə Aydın Mirzəzadə qeyd edib.

Related posts

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

YAPONİYA ÖDƏNİŞ NƏHƏNGİ ABŞ BİRJASINDA: PAYPAY IPO-DAN $880 MİLYON CƏLB ETDİ

Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı