“Deutsche Bank” 2018-ci ildə bazarlardakı əsas riskləri sıralayıb

“Deutsche Bank” 2018-ci ildə bazarlardakı əsas riskləri sıralayıb. BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, təşkilat  bu ilin risklərindən biri kimi bitcoin çılğınlığını  nümayiş etdirir.

Risklərdə həmçinin, Şimali Koreya gərginliyi, ikinci rübdə ABŞ-da gözlənilən inflyasiya artımı, Avropa Mərkəzi Bankının pul genişlənmə siqnalı, Almaniyada inflyasiya, volatillikdə artım yer alıb.

Bununla yanaşı,  Kanada, Avstraliya, İsveç və ya Norveçdə süni qiymət artımı, Çin iqtisadiyyatında sərt eniş, yüksələn əmtəə qiymətləri, Rusiyada prezident seçkiləri və İrlandiyada, İngiltərə və İtaliyada seçkilər də risklər arasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır