Almaniyanın ən böyük bankı “Deutsche Bank” 2017-ci ilin IV rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
BBN.az xəbər verir ki, bankın zərəri analitiklərin gözlədiklərindən çox olub. Belə ki, IV rübdə bank ABŞ-da vergi islahatı və investisiya bankçılığı gəlirlərinin düşməsi səbəbiylə 2,2 milyard avro itirib. Analitiklər isə 1,25 milyard avro itki gözləyirdi.
Bankın 2017-ci ildə zərəri 290 milyon avro gözlənildiyi halda, 497 milyon avro olub.
“Deutsche Bank” bildirib ki, ABŞ-ın vergi islahatı 1,4 milyard dollarlıq bir yük yaradıb və bu yük xaric, 2017-ci ildə bank 900 milyon Avro mənfəət qazanıb.
Qeyd edək ki, “Deutsche Bank” son üç il ərzində zərər edir.