Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DGK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılıb - BBN

DGK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılıb

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi barədə ELAN

Dövlət Gömrük Komitəsinin 13 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Komitə yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılmışdır.

İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının qərarına əsasən namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün müddət 28 sentyabr 2023-cü il tarixdən başlayaraq 20 iş günü müddətində müəyyən edilmişdir. Müraciətlər üzrə qeydiyyat 25 oktyabr 2023-cü il saat 18:00-da başa çatır. Seçki Komissiyasının qərarı ilə İctimai Şura üzvlərinin say həddi 9 nəfər olaraq müəyyən edilmişdir.

İctimai Şuraya üzv olmaq istəyən namizədlərə dair tələblər:

İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, gömrük işi sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.

Hər bir vətəndaş cəmiyyəti institutu, müvafiq qanunvericiliyə uyğun olaraq İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürməlidir.

Namizədliyin irəli sürülməsi barədə müraciət gomruk.ictimaisura2023@gmail.com  elektron poçt ünvanına göndərilməlidir.

Vətəndaş cəmiyyəti institutu müraciətinə namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

– şəxsiyyət vəsiqəsinin surəti;

– namizədin tərcümeyi-halı;

– namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

– namizədin Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqəli sahələr üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənəd və məlumatlardan əlavə vətəndaş cəmiyyəti institutları tərəfindən namizəd barədə geniş məlumat verən digər sənəd və məlumatlar da təqdim edilə bilər.

Seçki Komissiyasının üzvləri barədə məlumatı aşağıdakı keçid vasitəsilə əldə edə bilərsiniz:

https://customs.gov.az/az/komite/ictimaisura/

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərlə bağlı suallarla əlaqədar vətəndaş cəmiyyəti institutları Seçki Komissiyasına iş günləri saat 09.00-dan 18.00-dək müraciət edə bilərlər. Telefon nömrəsi: (012) 404-22-00 (daxili 22-14) E-poçt ünvanı: gomruk.ictimaisura2023@gmail.com

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı