Digər ölkələrə ən çox maliyyə xidməti göstərən ölkələr hansılardır?

Dünya ölkələri arasında aparılan ticarət əməliyyatları əsasən fiziki məhsullar üzərində olsa da, maliyyə xidmətləri bazarı da qlobal arenada gözəçarpan bir paya sahibdir. Ümumdünya Ticarət Təşkilatı (WTO) tərəfindən periodik olaraq dərc edilən statistikaya nəzər saldıqda, ötən il ölkələrarası maliyyə xidmətləri ticarətinin 490 milyarddan çox olduğunu görərik. Bu isə, 2017-ci ilin müvafiq göstəricisinə nəzərən 5.6% çoxdur.

Ölkələrə ayrılıqda nəzər saldıqda isə, maliyyə xidmətlərinin həcmi baxımından fərqlərin böyük olduğunu görə bilərik. Belə ki, ən böyük maliyyə xidmətləri ixracatçısı olan ABŞ-ın digər ölkələrə göstərdiyi maliyyə xidmətlərinin ümumi həcmi 113 milyard dollardan yuxarı ikən, ikinci yerdə qərarlaşan Birləşmiş Krallıqda bu göstərici 83 milyard dollar civarındadır. Üçüncü yeri tutan Lüksemburq Hersoqluğunun 2018-ci il üçün maliyyə xidmətləri ixracı 64.3 milyard dollar təşkil edib. Sinqapur və Almaniya isə müvafiq olaraq  27.15 milyard dollar və 24.4 milyard dollar ilə dördüncü və beşinci yerdədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır