Home » “DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilib

“DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

6 mart 2023-cü ildə “Landmark” Biznes Mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilib. Konfrans İsveç krallığının Azərbaycandakı səfirliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və “Gender Hub Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə rəqəmsal dünyada yaranan gender fərqinin sosial və iqtisadi bərabərsizliyin genişləndirilməsinə olan  təsirlərdən danışılıb. Konfransın panellərində ayrı-ayrılıqda rəqəmsal dünyada gender bərabərliyi, qadınların rəqəmsal sahədə inkişafı, kibertəhlükəsizlik kimi mövzular yer alıb. Açılış nitqi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnara Vəliyeva çıxış edib. Onunla yanaşı, konfransda Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld OBE, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson, Fransanın Azərbaycandakı səfiri Anne Boilon, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreva, “Gender Hub Azərbaycan”ın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova və digər rəsmi qonaqlar iştirak edib.

Ümumilikdə Konfrans səfirləri, Azərbaycanda rəqəmsal transformasiyanı təbliğ edən qadın liderləri, Bakı və regionlardan olan 40 gənc qadını, gender aktivistlərini və vətəndaş İcmalarının təmsilçilərini bir araya gətirib. İştirakçılar vorkşoplara qatılma, digər qadın liderlərlə şəbəkələşmə  fürsəti əldə edib, eyni zamanda rəqəmsallaşma sahəsində gender əsaslı stereotiplərin qırmağa davam etmək  və rəqəmsal vasitələrlə yaradılan gender əsaslı zorakılığa qarşı birləşmək üçün maarifləndiriliblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.