Home » “DİM İnvestor Xəritəsi” üzrə maraqlı tərəflər üçün tədbir təşkil olunub

“DİM İnvestor Xəritəsi” üzrə maraqlı tərəflər üçün tədbir təşkil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olunması üçün “DİM İnvestor Xəritəsi” hazırlanır

2020-ci ildə BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyi tərəfindən ölkəmizdə dayanıqlı inkişafa nail olunması istiqamətində “İnteqrə Olunmuş Milli Maliyyələşdirmə Çərçivəsi” (INFF) müştərək proqramının icrasına başlanılmışdır. Proqram çərçivəsində “DİM İnvestor Xəritəsi”nin hazırlanması məqsədilə BMT-nin Özəl sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edilir.

Martın 9-da  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nın İnkişaf Proqramının birgə təşəbbüsü ilə “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosisteminin tədqiqatına dair tədbir keçirilib, investisiya imkanları təqdim olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu vurğulayıb, ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiya və tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya olunduğunu qeyd edib. Nazir müavini dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın DİM-lərlə bağlı öhdəliklərin yerinə yetirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcəyini bildirib.

BMT-nin Özəl sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzinin direktor müavini Gülçin Salınqan DİM-ə nail olunmasında özəl sektorun rolunu, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirilən əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya mühitinə təsir edən faktorların araşdırıldığını diqqətə çatdırıb. Mərkəzin ekspertləri Funda Süzer və Yasemin Bitlis Azərbaycan üçün “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosistemi üzrə tədqiqatın ilkin nəticələri barədə təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.