Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Diqqət: Bu təhlükəli proqram indi "Chrome" yeniləməsi adı ilə yüklənir - BBN

Diqqət: Bu təhlükəli proqram indi “Chrome” yeniləməsi adı ilə yüklənir

May ayında “VMware” mütəxəssisləri “TrueBot” hücumları ilə bağlı aktivliyin artdığını müşahidə ediblər. Məlum olub ki, troyanı idarə edənlər onun çatdırılma üsulunu yenidən dəyişib və indi brauzer vasitəsilə gizli yükləmədən istifadə edərək, onu “Google Chrome” yeniləməsi kimi təqdim edirlər. Mütəxəssislərin fikrincə, “Silence” cinayət qrupu ilə əlaqəli “TrueBot Trojan” yükləyicisi ən azı 2017-ci ildən bəri internetdə aktivdir. Əsasən banklara və digər maliyyə qurumlarına, bəzi hallarda isə təhsil müəssisələrinə edilən hücumlarda istifadə olunur.

Bu barədə BBN.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Keçən ay təcavüzkarlar, “Google” brauzerinin istifadəçilərinin icra olunmasına icazə verəcəyi ümidi ilə “update.exe” və “chrome.exe” faylları şəklində zərərli proqramlar paylaşdılar. “VMware” bloq yazısında verilən IoC-yə əsasən, bu şəkildə maskalanmış icraedici proqram hələ aşkar edilməyib. Zərərli proqram işə salındıqda ilk növbədə EDR və antivirusların mövcudluğunun əlamətlərini axtarır. Əgər təhlükə yoxdursa, o, C2 serverinə (Rusiya IP-si və əvvəllər TrueBot hücumlarında istifadə edilib) qoşulur və işə salınan ikinci mərhələ zərərli faylı “Windows” əmr sətirinin (CMD) köməyindən istifadə edərək yükləyir.

İkinci icra olunan proqram öz C2 ilə əlaqə saxlayır və sistemdə müxtəlif hərəkətləri yerinə yetirir:

LSASS damplarını əldə etmək;
İşləyən prosesləri analiz etmək;
məxfi məlumatları oğurlamaq və s.

Related posts

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

“Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı