“Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşıb

Oktyabrın 25-də Dünya Bankı 189 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb.
Bu ilki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannəmələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Qeyd: “Doing Business 2016” hesabatı 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır