Home » Dollar ucuzlaşdıqca dünya bazarlarında neftin qiyməti yüksəlməkdədir

Dollar ucuzlaşdıqca dünya bazarlarında neftin qiyməti yüksəlməkdədir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.64 dollar, yaxud 0.84% bahalaşaraq 77.05 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.60 dollar, yaxud 0.72% yüksələrək 83.44 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.17% bahalaşaraq 2.50 dollara ticarət edilir.

Qeyd edək ki, dollar ucuzlaşdıqca dünya bazarlarında xam neftin və risk faktoru olan aktivlərin qiyməti yüksəlməyə başlayıb. Reuters-in neft bazarını araşdıran 1000-dən çox enerji mütəxəssisləri arasında apardığı araşdırmaya əsasən xam neftin dəyəri hazırkı qiymət aralığından olduqca yüksəkdir. Söhbət isə 2027-ci ilə qədər 1 barrelinə görə 90 dollardan gedir. Bazar ertəsi səhəri Brent xam neftinin qiyməti 1 barrelinə görə 85 dollardan aşağı ticarət edilirdi. Bildirək ki, 2023-cü il ilə bağlı proqnozlar isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən 4-10 dollar aralığında yüksəkdir. 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.