Home » Dolların məzənnəsinin enməsinin səbəbləri

Dolların məzənnəsinin enməsinin səbəbləri

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cümə günü dollar ABŞ Mərkəzi Bankının növbəti həftə (dekabrın 14-də) gözlənilən iclası fonunda (bura iqtisadi tənəzzül qorxuları, növbəti İstehlakçı Qiymət İndeksi hesabatı da daxildir) enir. Treyderlərin gözləri tənzimləyicinin növbəti addımında olduğundan bu Bankı diqqət mərkəzində saxlayır. 

BBN.az Reuters-ə istinadən xəbər verir ki, avro dollara nisbətdə 0.25% artaraq 1.0581-ə çatıb.

Sterlinq isə 0.27% möhkəmlənərək 1.2274 dollarda dayanıb. Yapon yeni isə 0.4% yüksələrək 136.13-ə çatıb. ABŞ dollar indeksi 0.23% enərək 104.57-ə çatıb, bu isə bir gecədə 0.3% endikdən sonra baş verib. Dollar indeksi cari rübdə 7%-dən çox enib və bu isə onu 2010-cu ildən bu yana ən böyük rüblük azalma edib. Eyni zamanda, daha öncə də qeyd etdiyimiz kimi Çin yuanı da səhiyyə səlahiyyətlilərinin Covid nəzarət ölçülərinin yumşaldılması fonunda möhkəmlənir. Şübhəsiz ki, Amerika iqtisadiyyatında baş verənlər də yuana hazırkı periodda müsbət təsir etməkdədir. 

Analitiklər isə bildirirlər ki, hazırda dolların məzzənnəsi FED-in növbəti həftə pul siyasəti iclası fonunda çox pis mövqedədir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.