Dolların ucuzlaşması qızıl bazarına müsbət təsir edib

Bu gün zəif dollar fonunda qızılın qiyməti son 9 həftənin ən yüksək səviyyəsinə çatıb. 

BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, ümid var ki, ABŞ-ın Mərkəzi Bankı (AMB) faiz dərəcələrində bir dəyişiklik etməsin. Qızılın 1 unsiyasının qiyməti 0.4% yüksələrək 1,984.29 dollara çatıb və bu isə mayın ortasından bu yana ən yüksək rəqəm hesab edilir. ABŞ qızıl fyuçersləri isə 0.3% artaraq 1,987.20 dollara yüksəlib.  

Ekspertlər isə əlavə edirlər ki, dolların ucuzlaşması qızıl bazarına müsbət təsir edib, həmçinin inflyasiya rəqəmlərinin azalması da qiymətlərə təsir edən faktorlar sırasındadır.  

Qeyd edək ki, dollar indeksi 0.2% aşağı olub və bir ildən çox müddətə ilk dəfədir ki, bu qədər azalıb. Həmçinin qızılı başqa valyutalarda saxlayanlar üçün daha bahalı edib.  

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı