Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib - BBN

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

İqtisadiyyat Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə keçirilən görüşlərdə Mentorluq proqramı çərçivəsində gənclərin fərdi inkişaf planı müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının Sərəncamı ilə təsis edilmiş dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşlər keçirib. İqtisadiyyat naziri müsabiqədə əldə etdikləri uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların peşəkar inkişafında önəmini vurğulayıb.

Görüşdə qaliblərin maraq dairələri və karyera hədəfləri, Mentorluq proqramından gözləntiləri dinlənilib. Proqram çərçivəsində görüləcək işlər və gənclərin peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Yeni iqtisadi tendensiyalar, sahibkarlığın inkişafı kimi məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə iqtisadiyyat naziri gənc və yüksək ixtisaslı kadrların ölkənin iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb. Hər iki qalibə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Related posts

Asiya İnkişaf Bankı CAREC ölkələrində yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləyir

S&P Azərbaycanda 2026-cı ilə real ÜDM artımı ilə bağlı proqnozlarını verib

Qlobal inflyasiya arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı