DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
DOST Xidmətləri departamentinin Səyyar və sosial xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Orxan Hüseynov “DOST” mərkəzləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsinə dair proseduru təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.
İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Media və daxili kommunikasiya şəbəkəsi ilə bağlı işin təşkilinə dair prosedurun təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.
Maliyyə və mühasibatlıq departamentinin Təhlil şöbəsinin aparıcı mütəxəssisi Nərminə Kamal, eləcə də Satınalmalar və təminat departamentinin Satınalmalar şöbəsinin baş mütəxəssisi Nurlan Namazlı DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.