Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı istifadəyə verilib - BBN

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı ( https://inclusivecenter.gov.az ) istifadəyə verilib.

Saytda Mərkəzə qəbul və müraciət qaydaları, xidmət istiqamətləri, könüllülük fəaliyyəti, təlimçilər, layihələr və s. ilə bağlı məlumatlar əksini tapıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkandır.

Eyni vaxtda 140-dan çox benefisiarın təlim almaq imkanının olduğu Mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilir.

Burada onların bacarıqlarının inkişafı və sosial-psixoloji dəstək məqsədi ilə ümumilikdə 14 istiqamət üzrə təlimlər keçirilir. Hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə iştirak edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı