Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DOST İş Mərkəzi Naxçıvan MR-də daha 70 şəxsi ödənişli ictimai işlə təmin etdi - BBN

DOST İş Mərkəzi Naxçıvan MR-də daha 70 şəxsi ödənişli ictimai işlə təmin etdi

DOST İş Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında daha 70 şəxs haqqı ödənilən ictimai işlə təmin olunub.

Muxtar Respublikada “İşsizin dostu” proqramı çərçivəsində son iki ayda ödənişli ictimai işlə təmin edilən şəxslərin sayı artıq 370-ə çatıb.

Bununla bağlı DOST İş Mərkəzi ilə Culfa, Ordubad, Şərur, Şahbuz, Babək, Kəngərli rayon İcra Hakimiyyətləri və Naxçıvan MR-nın kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC arasında sazişlər imzalanıb.

Sazişlər əsasında işə götürülən hər kəslə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslər müxtəlif fəaliyyət sahələri üzrə işlə təmin edilməklə, həmin sahələrə aid ilkin peşə bacarıqları əldə etmək imkanı da qazanıblar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı