Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət etdi - BBN

“DOST” mərkəzləri 300 mininci vətəndaşa xidmət etdi

Bu gün “DOST” mərkəzlərində 300 000-ci vətəndaş müraciəti qeydə alınıb. Yasamal rayon sakini Gülnarə Hüseynova 1 saylı Bakı “DOST” Mərkəzinə  sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət və təqaüdün təyin olunması xidməti ilə bağlı müraciət edib.

Vətəndaşla görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili DOST Agentliyinin əsas fəaliyyət prinsipidir. Mərkəzlərin xidmətlərindən faydalanan vətəndaşların sayı artır. Bu gün də DOST Agentliyi üçün əlamətdar gündür: 1 saylı Bakı “DOST” Mərkəzində sayca 300 mininci vətəndaşa sosial sahədə xidmət göstərilib. Vətəndaşların da “DOST” mərkəzlərində göstərilən xidmətlərdən razı qalması da Agentliyin kollektivini sevindirir.

300 mininci vətəndaşı təbrik edən F.Məmmədov ona Agentlik adından  təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. 
G.Hüseynova “DOST” mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib. 
2019-cu ilin may ayından etibarən Bakıda 3 DOST mərkəzi açılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.

Yaxın illərdə Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı