Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Big Data” texnologiyalarına keçir - BBN

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Big Data” texnologiyalarına keçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Big Data” texnologiyalarından istifadə edəcək.

“Big Data” texnologiyaları böyük həcmli məlumatların idarə olunması, saxlanması,  təhlili, ötürülməsi, vizualizasiyası və təhlükəsizliyi üçün yeni texnoloji imkanları əhatə edir.

Mərkəzin “Big Data” texnologiyalarını tətbiq etməsi sosial sahələrdə çoxsaylı elektron xidmətlərin göstərilməsi şəraitində sürətlə artan, böyük həcmli məlumatların daha optimal, effektiv idarə və təhlil olunmasına imkan verəcək.

Həmçinin məlumatların təhlili əsasında müəyyən gözləntilərlə bağlı dəqiq proqnozlaşdırmalara şərait yaradacaq.

Müasir dünya təcrübəsində geniş istifadə edilən “Big Data” texnologiyaları sənayenin bütün sferalarına nüfuz edib. Habelə bir sıra sahələrdə (səhiyyə, enerji və s.) dəqiq proqnozlaşdırmaların aparılması üçün tətbiq olunur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı