Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DOST RİM Böyük Britaniyada yerləşən “Acquisition International” korporasiyasının müsabiqəsinin qalibi oldu - BBN

DOST RİM Böyük Britaniyada yerləşən “Acquisition International” korporasiyasının müsabiqəsinin qalibi oldu

Mərkəz korporasiya tərəfindən “Biznes Mükəmməlliyi” mükafatı və  “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu – 2024” adına layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnovasiyalar Mərkəzi (DOST RİM)  “Acquisition International” beynəlxalq korporasiyasının (Böyük Britaniya) təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi olub. ( https://www.acquisition-international.com/winners/dost-digital-innovations-center/ )

DOST RİM müsabiqəyə ötənilki fəaliyyəti nəticəsində əldə etdiyi rəqəmsal nailiyyətlər barədə məlumatı təqdim edib.

Bu rəqəmsal uğurlar müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və DOST RİM həmin beynəlxalq korporasiyanın “Biznes Mükəmməlliyi” mükafatına və  “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu – 2024” adına layiq görülüb.

2010-cu ildən etibarən fəaliyyət göstərən “Acquisition International” təşkilatının əsas məqsədi biznes və xidmət sahələrində olan yeniliklər barədə məlumatlarla müxtəlif nəşrlər və məqalələr vasitəsilə sahənin peşəkarlarını maarifləndirməkdir.

Related posts

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı