DOST RİM “World Finance” beynəlxalq qurumunun “Dünya Maliyyə İnnovasiya Mükafatları” müsabiqəsinin qalibi oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) nüfuzlu “World Finance” beynəlxalq qurumunun (Böyük Britaniya) “Dünya Maliyyə İnnovasiya Mükafatları” müsabiqəsinin qalibi seçilib.

DOST RİM müsabiqədə Nazirliyin proaktiv xidmətlər mexanizmi layihəsi ilə iştirak edib. Layihə müsabiqədə yüksək dəyərləndirilib və Mərkəz “Rəqəmsal texnologiya sahəsində ən innovativ şirkət – 2023” kateqoriyası üzrə qalib elan olunub. Qaliblərin siyahısı təşkilatın saytında (https://www.worldfinance.com/innovation-awards)  “Winners 2023” bölməsində yerləşdirilib.

“World Finance” beynəlxalq qurumundan bildirilib ki, DOST RİM dövlət sektorunun modernləşdirilməsinə vahid yanaşma nümayiş etdirib. Mərkəz transformativ təsir və innovasiyaları rəhbər tutaraq, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına və proaktiv xidmət mexanizminin genişləndirilməsinə görə qalib elan edilib.

Qeyd edək ki, bununla da DOST Agentliyi və onun DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən son iki ildə 17 beynəlxalq mükafat, 4 beynəlxalq İSO sertifikatı əldə olunub.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı