DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı nazir Sahil Babayev olacaq

Nazir müsahibə zamanı izləyicilərin suallarını da cavablandıracaq

Xəbər verdiyimiz kimi, sabah, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olaraq, ölkəmizdə ilk sosial televiziya – DOST TV fəaliyyətə başlayacaq.

Bu yeni internet televiziya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək.

DOST TV-nin sabahkı ilk efirinin “Sosial saat” verilişinin  qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq.  Nazir müsahibəsi zamanı izləyicilərin  Nazirliyin fəaliyyət sahələrinə dair suallarını da cavablandıracaq.

Aşağıdakı linklərə keçid edərək DOST TV-nin izləyicisi, habelə kanalın rəsmi sosial şəbəkə hesablarına abunə ola bilərsiniz:
🎥 https://youtube.com/@dostmediatv?si=OK3v95mTUjXnOLWe

https://www.instagram.com/dostmediatv?igsh=Z3gxNmdwajZ2Nm54&utm_source=qr

Related posts

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

Müharibə əlilləri və şəhid ailələri daşınmaz əmlakın qeydiyyatına dair dövlət rüsumundan azad edilir

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı