Dövlət Aqrar İnkişaf Mərkəzlərinə işə qəbul olunmuş kadrlarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 2019-cu il 15 aprel tarixdə elan edilmiş müsabiqə üzrə müsahibə elanında vəzifəyə uyğun bilinən 11 nəfər namizədlə görüşüb.

Görüşdə S.Mövlayev iştirakçıları təbrik edərək, yeni yaranmış Aqrar Xidmətlər Agentliyinin  həmçinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin  fəaliyyət istiqamətləri, qarşıya duran yeni hədəflər barədə məlumat verib. Bu vəzifələrin həyata keçirilməsində gənclərin üzərinə də böyük vəzifələrin qoyulduğunu nəzərə çatdırıb.

Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verən S.Mövlayev namizədlərlə yaxından tanış olub, aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edilməsində müvəffəqiyyətlər arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır