Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri Gürcüstanda səfərdə olub

 Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) direktor müavini Sərxan Sərxanov və direktorun müşaviri Rəşad Kərimov Gürcüstan Respublikasında işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarının Gürcüstana və buradan tranzit olaraq Avropa bazarına ixracı üçün mövcud imkanların araşdırılması, yeni əməkdaşlıqların qurulmasıdır.

Səfər çərçivəsində Gürcüstanın Marneuli şəhərinin meri Zaur Darğallı ilə görüşən DATŞ rəsmiləri burada fəaliyyət göstərən konserv zavodunda istehsal prosesi ilə tanış olublar.Görüş zamanı azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsində fəaliyyət göstərən emal müəssisələrində Azərbaycan kənd təsərrüfatı məhsullarının qablaşdırılaraq Gürcüstan və Avropa bazarlarına çıxarılması, iki ölkənin kənd təsərrüfatı məhsulları istehsalçıları arasında birgə əməkdaşlıq, bu əməkdaşlıq nəticəsində birgə istehsal, satış və ixracın təşkili perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır