Dövlət büdcəsinin mədaxili ötən ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur

2019-cuilin altı ayında dövlət  büdcəsinin mədaxili 10405,5 mln. manat,  xərcləri 10951,0 mln. manat olub,  545,5 mln. manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.

2019-cuilin altı ayında dövlət büdcəsinin mədaxili 10405,5 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz və yaxud 590,2 mln. manat çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3632,8 mln. manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 mln. manat çoxdur.

Həmin vəsaitin 70,1 faizi və yaxud 2245,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 mln. manat və ya 14,3 faiz çoxdur.

2019-cuilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2065,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 234,4 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz və ya 55,5 mln. manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə  60,1 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4413,0 mln. manat  vəsait transfert edilib.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4965,8 mln. manat icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır