Dövlət Fondu Kredit İttifaqlarına pul ayırır

Azərbaycanda fəaliyyət göstərən 25 kredit ittifaqının hər birinə 50 min manat, ümimilikdə 1,25 milyon manat kredit ayrılıb.

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) məlumat yayıb.

Məlumata görə, krediti İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən, illik 1%-lə ayırıb.

Vəsaitin ayrılması üçün kredit ittifaqları sahibkarlardan topladıqları biznes-olanları hökumətə təqdim ediblər. Aprelin 15-də SKMF pulun verilməsi barədə qərar qəbul edib. Kredit ittifaqları cəlb etdikləri vəsaiti adambaşına 5 min manat olmaqla 250 sahibkara borc kimi verib. İş adamlarına kredit illik 6%-lə, 3 il müddətinə ayrılıb. Güzəştli şərtlərlə kredit alanlar heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlardır.

Mənbə: Fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır