Dövlət Gömrük Komitəsinin sədrinin Gəncə şəhərində təxirə salınan qəbulu iyunun 24-ə keçirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Gəncə şəhərində təxirə salınan qəbulu iyunun 24-ə keçirilib.

Qəbul iyunun 24-də saat 10:00-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində (Nizami Gəncəvi pr. 535) keçiriləcək.

Həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Göygöl rayon Heydər Əliyev Mərkəzində (Göygöl şəhəri, Hummel küç.4) Göygöl rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Daşkəsən şəhərindəki icra hakimiyyətinin keçmiş inzibati binasında (Daşkəsən şəhəri, Heydər Əliyev pr. 2) Daşkəsən rayonundan olan vətəndaşları qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır