Dövlət istiqrazları hərraca çıxarılıb

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı 91 gün tədavül müddətli, 5 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (ISIN – AZ0102014492) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 25 840 700 manat təşkil edib. Sifarişlər 95,9340 AZN (gəlirlik – 17,2358%) – 98,1600 AZN (gəlirlik – 7,6229%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97,5675 AZN (gəlirlik – 10,1387%), ortaölçülmüş qiyməti 97,8326 AZN (gəlirlik – 9,0093%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 1-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 30 avqust 2016-cı ildir.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır