Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə gəlirliliyi 18%-i ötüb

20 dekabr 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102025514 ISIN kodlu, tədavül müddəti 182 gün olan 15.0 milyon manat və AZ0104026510 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10.0 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.
AZ0102025514 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 24.0 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 15.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91.6935 (gəlirlilik 18.2681%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 20 iyun 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır