Dövlət Neft Fondu əmanət yerləşdirdiyi bankların sayını artıra bilər

Dövlət Neft Fondu əmanət yerləşdirdiyi bankların sayını artıra bilər. Bunun üçün Fond bir neçə bankı sınaqdan keçirməli və öz vəsaitlərini güvənli hesab etdiyi bankda yerləşdirməlidir. Bununla Fond həm ölkə iqtisadiyyatının pulla olan tələbatını təmin edə, həm də öz gəlirlərini artıra bilər.

“Hazırda isə Neft Fondunun vəsaitləri səmərəsiz şəkildə istifadə olunur“, bunu iqtisadçı ekspert – Samir Əliyev deyib.

Onun fikrincə, Neft fondunun vəsaitlərinə nəzarət olunmalıdır. S.Əliyev hesab edir ki, Fondun vəsaitlərinin bir hissəsini sahibkarların manatla kreditə olan ehtiyacının ödənilməsi üçün banklarda yerləşdirmək yaxşı olardı. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı hazırda Dövlət Neft Fondunun vəsaitlərini 4%-lə qəbul edir.  O da məlumdur ki, Mərkəzi Bankın və Dövlət Neft fondunun vəsaitlərindən yalnız məhdud sayda banklar istifadə edir. S.Əliyevin sözlərinə görə, depozit hərraclarında əsasən bazarda böyük payı olan 3-4  iri bank iştirak edir. Nəticədə yerdə qalan kiçik banklar böyük faizlə əhalidən əmanətləri cəlb edir, sonradan isə onları geri qaytara bilmirlər.

Mənbə: fins.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır