Dövlət qulluqçularının etik davranış qaydaları haqqında təlim keçirilib

Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən etik normalara dair dövlət qulluqçularının maarifləndirilməsi məqsədi ilə təlim keçirilib.

Təlimdə İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov və Dövlət İmtahan Mərkəzinin Hüquqi Təminat sektorunun müdiri Lalə Qədirova çıxış ediblər. Təlimdə etik davranış qaydaları, dövlət qulluğunda əhəmiyyəti, qanunun əsas məqsəd və prinsipləri ilə bağlı ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır