Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergi ödəyicilərinin suallarına cavab verib.
- Müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitdən ödənişlər nağd qaydada həyata keçirilə bilərmi?
Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.7-ci maddəsinə əsasən, müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Belə ki, Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən, adıçəkilən Qanunun 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində bucür hala birinci dəfə yol verdikdə 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə isə 40%-i həcmində maliyyə sanksiyası tətbiq edilir.