Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Agentliyi beynəlxalq tədbirdə təmsil olunub - BBN

Dövlət Agentliyi beynəlxalq tədbirdə təmsil olunub

14 dekabr 2020-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə “Almaniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Şərq Tərəfdaşlığı Biznes Günləri” mövzusunda onlayn tədbir keçirilib. 

Natiqlər arasında Azərbaycan Respublikasının və Avropa İttifaqının rəsmiləri, o cümlədən bir sıra beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri yer alıblar.

Tədbirin “Azərbaycandan Nümunələr” hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev təqdimatla çıxış edib. O, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən qurumları, Azərbaycan Respublikasında dövlət xidmətlərinin göstərilməsi, rəqəmsal xidmətlər, innovasiyalar və ailə biznesinə dəstək sahələrində həyata keçirilən işləri diqqətə çatdırıb. Eyni zamanda, pandemiya dövründə Dövlət Agentliyi tərəfindən həyata keçirilən işlərdən bəhs edilib. 

Tədbirdə Dövlət Agentliyinin geniş beynəlxalq əlaqələri çərçivəsində “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq sahədə əldə olunmuş uğurlardan   söz açılıb. Almaniya ilə möhkəm əməkdaşlıq əlaqələrinə də toxunulub və gələcəkdə əməkdaşlığın daha da inkişaf etməsinə dair fikirlər səsləndirilib.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı