Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - BBN

Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

13-15 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma Mərasimində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir.

Tədbir Birləşmiş Millətlər Təşkilatı ilə BƏƏ-nin Kabinet İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə BMT Dövlət Xidmətlərinin Mükafatının 2020-ci və 2021-ci illər üzrə qalibləri iştirak ediblər.

BƏƏ-nin hökumətin inkişafı və gələcək məsələləri üzrə dövlət naziri Uhud Əl Rumi və Birləşmiş Millətlər Təşkilatının idarəetmə strategiyası, siyasət və uyğunluq üzrə Baş Katibinin müavini Ketrin Pollard çıxış ediblər.

Sonra qaliblərin təltif edilməsi mərasimi baş tutub.

Tədbir zamanı Dövlət Agentliyinin sədri BƏƏ-nin yerli mətbuat orqanına müsahibə verib.

Xatırladaq ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Dövlət Agentliyi bu il tədbirə fəxri qonaq qismində dəvət edilib.

Nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı