Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb - BBN

Dövlət Agentliyinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb

15 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Masallı rayonunda “GəncLİK” ( Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının iştirakçıları ilə görüşüb.

Çay süfrəsi ətrafında keçirilən görüşdə Ülvi Mehdiyev  Dövlət Agentliyinin daima gənclərin inkişafına dəstəyini qeyd edib,  ASAN könüllülərinin bu sahədə keçirdiyi layihələr və proqramlar haqqında danışıb. Dövlət Agentliyinin sədri, həmçinin öz peşəkar fəaliyyəti haqqında iştirakçılara məlumat verib, gənc liderləri maraqlandıran müraciətləri, ideya və təklifləri dinləyib. 

Səfər çərçivəsində liderlər Masallı “ASAN Həyat” kompleksi ilə tanış olub, Dövlət Agentliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” və ASAN könüllülərinin fəaliyyəti ilə bağlı təqdimatda da iştirak ediblər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı