Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət borcuna xidmət xərcləri 2,4 milyard manata yaxın olub - BBN

Dövlət borcuna xidmət xərcləri 2,4 milyard manata yaxın olub

Financial graphs with calculator

2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 2 milyard 399,6 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, il ərzində dövlət borcuna xidmət xərcləri çərçivəsində daxili dövlət borcu üzrə 757 milyon manat (136,8 milyon manat əsas borc, 620,2 milyon manat faiz borcu), xarici dövlət borcu üzrə isə 1 milyard 342,5 milyon manat (959,7 milyon manat əsas borc, 382,8 milyon manat faiz borcu) olmaqla, ümumilikdə 2 milyard 99,5 milyon manat ödənilib.

Həmçinin qeyd olunub ki, 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində 300,1 milyon manat məbləğində qənaət formalaşıb.

Məlumata görə, 1 yanvar 2026-cı il tarixinə Azərbaycanın daxili və xarici dövlət borcunun ümumi məbləği 25 milyard 987,5 milyon manat təşkil edib ki, bu da 2025-ci il üzrə 129 milyard 94 milyon manat həcmində ÜDM-in 20,1 %-nə bərabərdir.

Hesabat tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, eləcə də beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri üzrə faktiki istifadə olunmuş vəsaitlər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.

Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il yanvarın 1-nə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 %-i həcmində olub.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

AMB milli pul nişanlarının dəyişdirilməsi prosedurunda yenilik edib

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu depozit yerləşdirilməsi üzrə hərrac elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı