Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət istiqrazlarının gəlirlilik əyrisi artıq Mərkəzi Bankın saytında! - BBN

Dövlət istiqrazlarının gəlirlilik əyrisi artıq Mərkəzi Bankın saytında!

Gəlirlilik əyrisi müxtəlif müddətlər üzrə dövlət istiqrazlarının gəlirliliyini göstərir. Bu məlumat istiqraz almaq istəyən investorlara risklərin, gəlir və zərərin qiymətləndirilməsi üçün kömək edir.

Nəyi göstərir?

Normal gəlirlilik əyrisi investorların uzunmüddətli yatırıma üstünlük verdiyini, tərs gəlirlilik əyrisi isə qısamüddətli istiqrazlardan yüksək gəlirlilik gözlədiyini bildirir. Düz gəlirlilik əyrisi isə uzunmüddətli istiqrazların qısamüddətli ilə eyni gəlirliliyə malik olduğu dövrlərdə rast gəlinir.

Əyrinin istiqamətindən və formasından asılı olaraq, investorlar istiqrazın alışı və ya satışı ilə bağlı qərar verə, həmçinin uzunmüddətli və qısamüddətli yatırımlar arasında seçim edə bilərlər. Belə ki, istiqrazların faiz dərəcəsinin enişini gözləyən investorlar, daha yüksək gəlir əldə etmək üçün uzunmüddətli qiymətli kağızlara üstünlük verə bilər.

Qeyd edək ki, 12 dekabr tarixindən etibarən məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankının veb-saytında paylaşılır.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı