Dövlət Məşğulluq Agentliyi bu ilin 6 ayında 54137 nəfəri münasib işlə təmin edib

2020-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Məşğulluq Agentliyi tərəfindən  54 min 137 nəfər  işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.

Əsasən həssas əhali qruplarından ibarət olmaqla 12  min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub.  Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə  38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərinə cəlb edilib.

16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1 150 nəfər işlə təmin olunub. Yanvar-may aylarında “Məşğulluq” altsistemində vakansiyaların qeydiyyatı da davam edib və altsistemdə 45,6 min vakansiya qeydiyyata alınıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı