Dövlət Məşğulluq Agentliyi daha 537 şəxs üçün peşə kursları təşkil etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

Onlardan 302 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 235 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

Hazırda peşə kurslarının təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.

Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.

Related posts

Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq

Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı