Dövlət Məşğulluq Agentliyi, İŞKUR və WAPES-in təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

16-17 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” adlı Konfrans keçiriləcək.

Konfransda Almaniya, Cənubi Koreya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland, Yaponiya, Bosniya və Herseqovina, Xorvatiya, Latviya, Estoniya və digər ölkələrin yüzdən çox dövlət məşğulluq xidmətlərinin nümayəndələri iştirak edəcək. Konfransda həmçinin Beynəlxalq Əmək Təşkilatının (ILO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) səlahiyyətli nümayəndələrinin də çıxışı nəzərdə tutulur.

Tədbirin əsas məqsədi təhsildə, işdə və ya təlimdə olmayan gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması məqsədilə beynəlxalq tərcrübənin öyrənilməsi, müxtəlif regionlardan olan dövlət məşğulluq xidmətlərinin bu sahə üzrə tətbiq etdikləri qlobal innovativ həllər istiqamətində müzakirələrin aparılmasıdır.

İki gün davam edəcək konfransda Agentliyin nümayəndələrinin də bir neçə panel üzrə çıxışı nəzərdə tutulub.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı