Dövlət Məşğulluq Agentliyi son bir ayda 1443 şəxsi peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda 1443 şəxs peşə hazırlığına cəlb olunub.

Onlardan 805 nəfəri Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 638 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.

Kurslarda İT üzrə texniki dəstək mütəxəssisi, innovativ suvarma, gübrələmə və dərmanlama texnilogiyaları üzrə mütəxəssis, nəzarətçi-xəzinədar, dərzi, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı, insan resursları mütəxəssisi, avtomobil diaqnostikası və təmiri ustası, əməliyyatçı-mühasib və s. peşələr öyrədilir.

Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir və  kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstəriləcək.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı