Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib - BBN

Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 100 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Bu dövrdə 12 min nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılıb.

Agentliyin həyata keçirdiyi digər aktiv məşğulluq tədbiri olan peşə hazırlığı kurslarına isə 1014 nəfər cəlb edilib. Onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib. Pandemiya səbəbilə tədris online qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib.

Bundan başqa Agentlik tərəfindən ötən il 37 660 şəxs peşəyönümü tədbirlərə cəlb olunaraq, onlara peşəyönümü məsləhət xidmətləri göstərilib.

Son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı