Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 476 şəxs peşə hazırlığına cəlb edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 476 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.

 

Onlardan 316 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 160 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

 

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının yekununda kursu uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.

 

Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı