Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdirilir - BBN

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdirilir

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər ay bitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasa uyğun olaraq qeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədə məlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndəriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Related posts

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

2026-cı ildə aqrar sektorda süni intellektin tətbiqinin genişləndirilməsi əsas vəzifələrdən olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı