Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Neft Fondunun əməkdaşlarına orden və medallar təqdim olunub - BBN

Dövlət Neft Fondunun əməkdaşlarına orden və medallar təqdim olunub

3 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 dekabr 2019-cu il tarixli Sərəncamı ilə təltif olunmuş ARDNF-nin əməkdaşlarına “Əmək” ordeni və “Tərəqqi” medallarının təqdimolunma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək Prezident İlham Əliyev tərəfindən ARDNF-nin şəffaf fəaliyyətinə hər zaman böyük diqqət göstərildiyini, Fondun əməkdaşlarının peşəkarlığının yüksək qiymətləndirildiyini vurğulayıb.

Daha sonra “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyi ilə əlaqədar ARDNF-nin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, Fondun 1 əməkdaşı “3-cü dərəcəli “Əmək” ordeni, 12 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı