Dövlət Neft Fondunun nümayəndə heyəti Səudiyyə Ərəbistanına işgüzar səfər edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq maliyyə bazarında strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və investisiya portfelini şaxələndirmək istiqamətində görülən işlər çərçivəsində Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

Səfər müddətində nümayəndə heyəti Səudiyyə Ərəbistanının Maliyyə naziri Mohammed Al-Jadaan və İnvestisiya naziri Khalid A. Al-Falih kimi dövlət rəsmiləri, eləcə də “BSF”, “Vision Invest”, “Gulf Islamic Investments”, “Investcorp”, “Sanabil”, “Dubai Holding” və “Gulf Capital” kimi bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirib. Görüşlər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri, potensial investisiya imkanları, eləcə də strateji layihələr müzakirə edilib. Tərəflər, innovasiya, dayanıqlı inkişaf və iqtisadi diversifikasiya kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Nümayəndə heyəti eyni zamanda səfər çərçivəsində, 29-31 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilən VIII Gələcək İnvestisiya Təşəbbüsü Forumunda (FII8) da iştirak edib. FII8 dünyanın ən nüfuzlu liderlərini və ekspertlərini bir araya gətirərək, qlobal çağırışlara cavab verən transformativ investisiya imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Forum çərçivəsində ARDNF-nin nümayəndə heyəti “Franklin Templeton”, “Starwood” və “Brookfield” kimi dünyanın aparıcı maliyyə şirkətlərinin rəhbərləri ilə məhsuldar görüşlər keçirib. FII8 forumu çərçivəsində aparılan müzakirələr, beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının təməlini qoymaqla yanaşı, Dövlət Neft Fondunun qlobal investisiya təcrübəsini zənginləşdirməsi baxımından da mühüm platforma rolunu oynayıb.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı