Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində azalma müşahidə olunub - BBN

Dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində azalma müşahidə olunub

Bakı Fond Birjasında 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,033,797,038 manat təşkil edib. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 14,893,377,207 manat olub

2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınıb.

Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınıb. Nəticə olaraq, Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artıb.

2019-cu ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,687,979,350.80 manat təşkil edərək ötən ilə nəzərən 4% böyüyüb, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlib.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (13.03.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (12.03.2026)

Qlobal bazarlarda qarışıq dinamika: qızıl və qaz bahalaşır, ABŞ indekslərində eniş müşahidə olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı