Dövlət qurumları ilə sahibkarlar arasında əlaqələrin operativ təşkili davam edir

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla görüşlər davam edir. Növbəti belə görüş dövlət qurumları ilə sahibkarlar arasında əlaqələrin operativ təşkili mövzusuna həsr olunub. Göyçay rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilmiş tədbirə istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkarlıq subyekti qatılıb. 

Tədbirdə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər, o cümlədən yeni dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Həmçinin, tədbirdə iştirak edən gənc sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı