“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilir

Cari ilin 2 fevral tarixində Ritz-Carlton hotelində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilir. Tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil edilir.
Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak etmişdir.
“Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general – mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq bildirmişdir ki, Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bununla əlaqədar “Zirvə Toplantısı”nda iştirak edən gəncləri təbrik etmişdir. A.İsmayılov çıxışında bu “Zirvə Toplantısı”nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturlarının təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasınu vurğulamışdır.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının əməkdaşı Elmir Vəlizadə də çıxış etmişdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı